30 il sonra Xocavənddə meyitinin qalıqları tapılan şəxs Füzulidə dəfn olunub - YENİLƏNİB

2023/09/b3284-1695887732.jpg
Oxunub: 715     15:52     28 Sentyabr 2023    
Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun “Murquzlu” dağının "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Cahid Nağıyev dəfn edilib.

Ordu.az xəbər verir ki, şəhidin meyitinin qalıqları doğulduğu Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılıb.

***

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun “Murquzlu” dağının "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Cahid Nağıyevlə vida mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, şəhidin cənazəsi dəfn olunması üçün Füzuli rayonuna aparılır.

Cahid Nağıyevin meyitinin qalıqları doğulduğu Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq.

***

Birinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Edilli kəndində itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış Nağıyev Cahid Şəfa oğlunun nəşi ailəsinə təhvil verilib.

Ordu.az xəbər verir ki, hazırda mərhumun nəşi vida mərasimi keçirilməsi üçün Bakının Nərminanov rayonundakı evinə aparılır.

Vida mərasimi başa çatdıqdan sonra C.Nağıyevin meyitinin qalıqları Füzuli rayonuna aparılacaq.

O, doğulduğu Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, C.Nağıyev 1993-cü il avqustun 8-də Füzuli rayonunda, “Murquzlu” dağı "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Xocavənd  


Bizi "telegram"da izləyin