Füzuli şəhərində şəhidlərin xatirəsi ehtiramla yad edilib - FOTOLAR

2023/09/c4eaa-1695830691.jpg
Oxunub: 17946     19:05     27 Sentyabr 2023    
İşğaldan azad edilmiş Füzuli şəhərində şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Ordu.az xəbər verir ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar keçirilən tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, doğma yurdlarına qayıtmış Füzuli sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Şəhidlərin xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

Tədbir Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə davam etdirilib. Tədbir iştirakçıları məktəblilərin Qarabağa, 44 günlük Vətən müharibəsinə, şəhidlərə, qəhrəmanlıq nümunələrinə həsr etdikləri rəsmlərə baxıblar.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, xor ifa ediblər.

Sonda Anım Günü münasibətilə keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Füzuli   Anım-Günü  


Bizi "telegram"da izləyin