Lənkəranda Anım Günü qeyd olunub - FOTOLAR

2023/09/54bcb-1695828007.jpg
Oxunub: 16238     18:36     27 Sentyabr 2023    
Lənkəran rayonunda 27 Sentyabr - Anım Günü qeyd olunub.

Ordu.az-ın məlumatına görə, Şəhidlər Xiyabanında keçirilən mərasimdən sonar şəhid məzarları ziyarət olunub.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyəti iştirak edib.

Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Anım Gününün ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Qeyd edib ki, “dəmir yumruq” ətrafında birləşən xalqımız Ali Baş Komandanın rəhbərliyi, şəhidlərimizin canı və qazilərimizin qanı hesabına ədaləti, beynəlxalq hüququ, torpaqlarımızın azadlığını və sərhədlərimizin bütövlüyünü təmin edib.

Çıxış edən şəhid ailələrinin üzvləri dövlətimizin hər zaman şəhid ailələrinin yanında olduğunu qeyd edib və bildiriblər ki, onlar hər zaman dövlətin qayğı və diqqəti ilə əhatə olunublar.

Daha sonra şəhid övladlarının və məktəblilərin iştirakı ilə bədii kompozisiya təqdim olunub.

Tədbirin sonunda rayon rəhbərliyi və eləcə də ictimaiyyətin nümayəndələri abidə kompleksini ziyarət edib, önünə tər güllər düzüb, şəhidlərimizə olan hörmət və ehtiramlarını ifadə ediblər.

Saat 12:00-da rayon ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Lənkəran   Anım-Günü  


Bizi "telegram"da izləyin