Ordu.az xəbər verir ki, tədbirdə Azərbaycan səfirliyinin rəsmiləri, şəhid ailələri və qazilər, eləcə də icma nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidləri anmaqdır.
Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov qeyd edib ki, 44 günlük Vətən müharibəsi başlayandan soydaşlarımız səfirliyə üz tutub:
"Gürcüstanda yaşayan azərbaycanlılar tək sözdə yox, əməldə də bir olduqlarını nümayiş etdiriblər", - E.Bayramov əlavə edib.
Ordu.az