Biləsuvar və Cəlilabadda 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib

2023/09/40ca6-1695821457.jpg
Oxunub: 17526     17:12     27 Sentyabr 2023    
Biləsuvar və Cəlilabad rayonlarında 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.

Ordu.az-ın məlumatına görə, tədbirlərdə rayon icra hakimiyyətlərinin rəhbərliyi, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfərdən danışılıb. Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən və qələbə ilə başa çatmış hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın etməklə uzun illər işğal altında qalan torpaqları azad etdi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə öz gücünü bütün dünyaya nümayiş etdirdi.

Eyni zamanda hər iki rayonda saat 12:00-da Anım Günü ilə bağlı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Biləsuvar   Cəlilabad  


Bizi "telegram"da izləyin