Azərbaycan sərhədçiləri Qarabağın erməniəsilli sakinlərinə su və şirniyyat paylayıb - VİDEO

2023/09/1695819661.jpg
Oxunub: 258     16:23     27 Sentyabr 2023    
Azərbaycan sərhədçiləri “Laçın” sərhəd-buraxılış məntəqəsində Qarabağın erməniəsilli sakinlərinə su və şirniyyat paylayıb.

Ordu.az xəbər veir ki bu barədə “Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir.

Belə ki, hazırda məntəqədə erməniəsilli sakinlərin Ermənistan istiqamətində hərəkət etməsində müəyyən ləngimələr var. Ona görə də Azərbaycan sərhədçiləri qadın və uşaqlara, eləcə digərlərinə su, şokolad və şirniyyat paylayır.

Qeyd edək ki, Xankəndini tərk edən erməniəsilli şəxslər “Laçın” sərhəd-buraxılış məntəqəsindən öz şəxsi avtomobilləri ilə Ermənistan istiqamətində sərbəst şəkildə keçid edirlər.

Həmçinin onların təhlükəsiz və maneəsiz hərəkət etməsi üçün işlər görülür. Bu, bir daha Azərbaycan tərəfinin və sərhədçilərinin humanistliyindən xəbər verir.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ   Su   Şirniyyat  


Bizi "telegram"da izləyin