AZAL-ın pilotları şəhidlərimizin xatirəsini belə andılar - VİDEO

2023/09/2023--1695818697.jpg
Oxunub: 33330     16:33     27 Sentyabr 2023    
AZAL-ın pilotları Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçərək şəhid olan əsgərlərimizin əziz xatirəsinin rəmzi - Xarıbülbül çiçəyinin konturunu çəkiblər.

Ordu.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”nın "Facebook" hesabında paylaşılıb.

Qeyd edilib ki, bu möhtəşəm təsvir “Azərbaycan Hava Yolları”nın “Laçın” adlı “Airbus A320neo” təyyarəsi ilə yaradılıb.

"Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik!", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr tarixi respublikamızda Anım Günü kimi qeyd olunur.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AZAL   Şəhidlər  


Bizi "telegram"da izləyin