Pakistanda döyüş sursatı partlayıb, 8 nəfər ölüb

2023/09/a93cd-1695817212.jpg
Oxunub: 148     16:03     27 Sentyabr 2023    
Pakistanın Sind əyalətinin Kaşmor diyarının Kandkot rayonunda döyüş sursatının partlaması nəticəsində azı 8 nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə “News” qəzeti məlumat yayıb.

Bildirilib ki, döyüş sursatı kənd təsərrüfatı sahəsində oynayan yerli uşaqlar tərəfindən tapılıb. Onlar bunu evlərinə gətirib və daha sonra mərmi orada partlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Partlayış  


Bizi "telegram"da izləyin