Ordu.az xəbər verir ki, Salyan, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və İmişlidə keçirilən anım mərasimlərində rayin icra hakimiyyətlərinin rəhbər və məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlər Xiyabanında Birinci Qarabağ döyüşləri, atəşkəs dövründə, Vətən müharibəsi, 2022-ci ilin sentyabr ayı və bu ilin 20 sentyabr tarixli lokal antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub və tər gül dəstələri düzülüb.
Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ordu.az