Hərbçilərimizin yardım etdiyi 90 yaşlı erməni qadın: “Allah bizim millətin üstünə od töksün” - VİDEO

2023/09/1695808301.jpg
Oxunub: 5361     13:45     27 Sentyabr 2023    
Azərbaycan Ordusunun hərbçilərinin xəstə erməni qadına kömək etdiyini əks etdirən görüntülər yayılıb.

Videoda hərbçilərimiz adının Gözəl olduğunu deyən 90 yaşlı erməni qadını xəstəxanaya yerləşdirməyə razı salmağa çalışırlar.

Daha sonra təcili yardım avtomobili vasitəsilə xəstəxanaya aparılan qadına lazımi tibbi yardım göstərildikdən sonra o, özünü yaxşı hiss etdiyini bildirir.
Azərbaycanlılardan razı olduğunu vurğulayan qadın: “Allah bizim millətin üstünə od töksün”, - deyə əlavə edib.

Baku TV-nin videosunu təqdim edirik:


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Yardım  


Bizi "telegram"da izləyin