Cənubi Afrikanın AS “Manthatisi” sualtı qayığı 3 dənizçisini itirib

2023/09/Subma-1695807621.jpg
Oxunub: 29291     17:03     27 Sentyabr 2023    
2023-cü il sentyabrın 20-də Cənubi Afrika Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Heroine” sinfinə məxsus (Tip 209/1400-Mod) sualtı qayığı SAS “Manthatisi” Cənubi Atlantik okeanında Kommetije sahillərində Şaquli şəkildə doldurma əməliyyatı həyata keçirib.

Ordu.az xəbər verir ki, əməliyyat zamanı ekipajın 7 üzvü dənizə düşüb.

Günortadan sonra sualtı qayıq Cənubi Afrika Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Sea Lynx” helikopteri vasitəsilə şaquli doldurma (VERTREP-Vertical Replenishment) yerinə yetirərkən Keyptauna doğru gedirdi.

Saat 14:30 radələrində Kommetjie sahilindəki yüksək dalğalar 7 ekipaj üzvünü dənizə aparıb. VERTREP dərhal ləğv edilib və ekipajı xilas etmək üçün səylərə başlanılıb. Xilasetmə işlərinə kömək etmək üçün helikopterdən üzgüçülər göndərilib. Lakin xilasetmə əməliyyatına sərt dəniz şəraiti mənfi təsir göstərib.

Keyptaun Radiosuna təcili yardım çağırışı edilib və Kommetjiedən kömək göndərilib. 7 üzvün hamısı dənizdən xilas edilib, lakin təəssüf ki, 3 nəfər həyatını itirib və bir yüksək rütbəli zabitin vəziyyəti ağırdır. Üzvlər hazırda xəstəxanada müalicə alırlar. Üzvlərin adları yaxın qohumlarına bildirildikdən sonra açıqlanacaq.

Hadisə ilə bağlı təhqiqat başlanacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Afrika   AS-Manthatisi  


Bizi "telegram"da izləyin