“CANiK” Türkiyənin 100 illik yubileyində istehsalına davam edəcək

2023/09/2023--1695807441.jpg
Oxunub: 179     16:32     27 Sentyabr 2023    
Türkiyənin “CANiK” şirkətinin İdarə Heyətinin sədri Zafer Aral Türkiyənin 100 illiyi ilə bağlı xüsusi açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Aral Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğurları vurğulayıb.

“Cümhuriyyətimizin 100-cü ildönümündə dünyaya meydan oxuyan sənayemiz ölkəmiz yeni əsrə hazırlaşarkən daha güclü Türkiyənin formalaşmasına öz töhfəsini verəcək. “CANiK” olaraq bu mühüm dönüş nöqtəsində yeni investisiyalarımızla böyüməmizi davam etdirəcəyik”, - deyə o qeyd edib.

Dünyanın 6-cı ən böyük yüngül silah istehsalçısı olan “CANiK” Türkiyənin müdafiə sənayesinin ən güclü markalarından biri olaraq Türkiyənin 100-cü ilində böyüməsini davam etdirir.

Aral 1923-cü il oktyabrın 29-da elan edilən Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı Türkiyə xalqını təbrik edib.

“Başda Ulu Öndər Qazi Mustafa Kamal Atatürk olmaqla, bu həyəcanı və qüruru yaşamağımızda əməyi keçən bütün qazi və şəhidlərimizi sayğı və hörmətlə yad edirik. “CANiK” Türkiyənin 100 illik yubileyində istehsalına davam edəcək”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   CANiK  


Bizi "telegram"da izləyin