ABŞ ordusu DE M-SHORAD yüksək enerjili lazer silahı prototipini təhvil alıb

2023/09/1695806470.jpg
Oxunub: 166     15:29     27 Sentyabr 2023    
ABŞ ordusu 4 ədəd DE M-SHORAD yüksək enerjili lazer silahı prototipi təhvil aldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, DE M-SHORAD quru platformalarına quraşdırıla bilən 50 kilovatlıq lazer silahıdır.

Silah açıq gözlə görünməyən şüaları atəşə tutmaq üçün batareya və istilik imkanlarından istifadə etməklə, qısa və uzun mənzilli iki fərqli prototipdən ibarətdir.

Çatdırılmadan sonra ABŞ ordusu səlahiyyətliləri tərəfindən verilən açıqlamada lazer silah sistemlərinin sınaqlardan uğurla keçdiyi və ordunun artan imkanları arasında mühüm mərhələ olacağı bildirilib.

Məlumata görə, ABŞ ordusu daha çox lazer silah sistemi alacaq və yeni gətirilən DE M-SHORAD kinetik variantlarından və yeni lazer silahı prototiplərindən istifadə etmək üçün daha çox təlim keçirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   DE-M-SHORAD  


Bizi "telegram"da izləyin