“1991-ci ildə fiktiv müstəqillik əldə etdikdən sonra Ermənistan Rusiyadan ciddi şəkildə asılı vəziyyətə düşüb” - Erməni politoloq

2023/09/1695804021.jpg
Oxunub: 237     19:30     27 Sentyabr 2023    
“Ermənistan 1991-ci ildə fiktiv müstəqillik əldə edib”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Armen Vardanyan deyib.

Erməni politoloqun sözlərinə görə, 1991-ci ildə fiktiv müstəqillik əldə etdikdən sonra Ermənistan Rusiyadan ciddi şəkildə asılı vəziyyətə düşüb.

“Ermənistan bütün aspektlərdə Rusiyadan tam asılı vəziyyətə düşüb. Ermənistan KTMT-nin üzvü olduğu üçün silah ala bilmir. Bu hakimiyyətin ən böyük səhvi müharibədən sonra da Rusiya ilə silah müqaviləsi imzalamasıdır. Bizim Rusiyadan asılılığımız o qədər böyükdür ki, Ermənistan formal olaraq müstəqildir. Rusiya Kremlin icazəsi ilə Ermənistana hücum edir. Rusiyanın nə qədər irəli gedəcəyi və hansı vəhşiliyə əl atacağı hələ bəlli deyil. Rusiyanın nə qədər irəli gedəcəyini heç kim deyə bilməz, amma bizim təslim olmağa yerimiz yoxdur”, - deyə Vardanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin