Ordu.az xəbər verir ki, bunu hərbi-siyasi məsələlər üzrə erməni ekspert Hraçya Arzumanyan deyib.
Arzumanyan iddia edib ki, qanunsuz erməni silahlı birləşmələri tərksilah olunduqda ermənilər rusların və türklərin əli altında yaşaya bilməzlər.
“30 il sadəlövhlük yolu ilə getdik, Qarabağı itirdik, davam etsək, Zəngəzuru itirəcəyik. Aldanmağa haqqımız yoxdur. Rusiya-Türkiyə tandeminin məqsədi erməni dövlətçiliyini məhv etməkdir. Rusiya-Türkiyə-Azərbaycan tandeminin məqsədi Ermənistanı suveren dövlət kimi siyasi xəritədən çıxarmaqdır. Qarabağ qalxan idi, amma onu itirmisənsə, sənin sərhədlərin açıqdır, qoruyub saxlamaq lazımdır. Zəngəzurda təhlükəsizlik və müdafiə sistemi qurulmalıdır, heç kimin zəmanətinə inanmaq olmaz. 2020-ci ildə Hadrutda erməni pasportlu Rusiya xüsusi təyinatlı dəstələri olub və bizi arxadan vurublar”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az