Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasında xüsusilə “İctimai səs” partiyasının siyahısı üzərində fəal işləyirlər.
“Hakim qüvvənin əsas problemi kvorumu təmin etməkdir, kvorumu təmin etmək və Tiqran Avinyanı şəhər başçısı seçmək üçün Vətəndaş Müqaviləsi Partiyası və “Respublika” partiyasının birlikdə 33 səsi yoxdur. Onların bir səsi çatışmır və məsələni adam oğurluğu ilə həll etmək qərarına gəliblər. Birinci sessiyada kvorum olmasa, ikinci cəhddə Avinyanı şəhər başçısı seçə biləcəklər. Vətəndaş Müqaviləsi Partiyası birinci turda tələb olunan 33 səsə malik deyil, lakin qanuna görə, ikinci turda iştirakçıların sadə səs çoxluğu kifayətdir. Artıq “İctimai səs”in qadın məclis üzvlərindən birinin düşərgəsini dəyişdiyi və ən azı kvorum məsələsində Vətəndaş Müqaviləsi Partiyasını dəstəkləyəcəyi ilə bağlı xəbərlər yayılıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az