Paşinyanın fraksiyasının deputatları küçəyə çıxmaqdan qorxurlar

2023/09/image-1695803224.jpg
Oxunub: 29474     16:32     27 Sentyabr 2023    
Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları Qarabağ və Ermənistandakı vəziyyətlə bağlı cəsarətli bəyanatlar versələr də, hadisənin günahını Rusiya və “5-ci kolon”un üzərinə atsalar da, mənbələr bildirir ki, sentyabrın 19-dan onların çoxu küçəyə çıxmaqdan qorxur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, erməni deputatların sevimli restoranlarına, rahat əyləncə yerlərinə baş çəkməyə belə cəsarətləri çatmır.

“Onlar qapalı otaqlarda oturub ekranda baş verən hadisələri izləyirlər. Təhlükəsiz olduğuna əmin olduqdan sonra yuvalardan, bunkerlərdən çıxacaqlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin