Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, saat 19:00-da İrəvanda, Respublika meydanında keçirilməsi nəzərdə tutulan mitinqə iki-üç saat qalmış komitə mitinqin təxirə salındığını açıqlayıb, açıqlamada niyə təxirə saldıqları ilə bağlı çox zəif arqumentlər təqdim olunub.
“Ötən gün insanlar giley-güzar edirdilər ki, mitinqin ləğv edilməsinin səbəbləri əsassızdır. Belə bir fikir olub ki, belə də olmalı idi, çünki komitənin deməyə sözü yoxdur, çıxışlar, hərəkətlər dejavü yaradır. Məlumata görə, son günlər Milli Komitədə ciddi fikir ayrılıqları yaranıb, bir-birini günahlandırıblar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az