“Nə Lavrov, nə də Zaxarova Praqa bəyanatının tamamilə əhəmiyyətsiz olduğunu deyə bilməz” - Aleksandr İskəndəryan

2018/06/7567_1530102382.jpg
Oxunub: 323     15:15     27 Sentyabr 2023    
“Müəyyən sayda ermənilərin Qarabağda qalması ehtimalı var. Ruslar orada qalsa, ruslar hansı rolu oynaya biləcəklər? Onlar əslində hansı rolu oynayırlar?”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib.

O qeyd edib ki, Rusiya sadəcə olaraq hər hansı ciddi məsələdə Azərbaycana təsir edə bilməz.

“Orada hətta ruslar da ölüb və Rusiya buna heç bir şəkildə reaksiya verə bilməz”, - deyə İskəndəryan bildirib.

Erməni politoloq qeyd edib ki, çox vaxt siyasətçilər üçün günahın özlərində olduğunu söyləmək çox çətindir.

“Rusiya ermənilərin təhlükəsizliyini təmin etmək üçün imza atıb. Ermənistanın Praqada nəsə elan edib-etməməsindən asılı olmayaraq, bu, Rusiya sülhməramlılarının mandatıdır. Nə Lavrov, nə də Zaxarova Praqa bəyanatının tamamilə əhəmiyyətsiz olduğunu deyə bilməz”, - deyə o vurğulayıb.

Erməni politoloq deyib ki, ola bilər Ermənistan üçün müəyyən təhlükəsizlik təminatlarına nail olmaq mümkün olsun.

“Qərb Ermənistanda nə etməyə çalışır? Qərb postsovet məkanına Rusiya ilə münasibətlər prizmasından baxır və bu münasibətlər indi müharibə ilə yekunlaşır. Bu prizmadan Ermənistanla maraqlanırlar. Ermənistan rəhbərliyinin tutduğu yem bunun müqabilində Ermənistanın təhlükəsizliyinin təmin ediləcəyi gözləntisindən irəli gəlir. Təhlükəsizlik nədir? Hansı formada veriləcək? Bu təhlükəsizlik alətləri dəsti nədir? Bu başqa sualdır, amma açıq şəkildə müzakirə olunur və qapalı müstəvidə müzakirə olunur. Bütün bu səfərlər buna sübutdur”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin