Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, Seçki Məcəlləsinə əsasən, heç bir partiya şura üzvlərinin yerlərinin 50 faizindən çoxunu qazanmazsa, şəhər başçısı açıq səsvermə yolu ilə seçilir.
“Bu halda Ağsaqqallar Şurasının səlahiyyətlərini öz üzərinə götürdükdən sonra iki həftə ərzində Ağsaqqallar Şurası şəhər başçısını seçməlidir. Qanuna görə, birdən çox namizəd irəli sürülübsə, məclis üzvlərinin ümumi sayının səs çoxluğunu toplayan namizəd bələdiyyə sədri seçilir. MSK sədrinin fikrincə, Ağsaqqallar Şurası iki həftə ərzində razılığa gələ bilməsə və şəhər başçısını seçməsə, iki həftəlik müddət bitdikdən sonra hökumət Ağsaqqallar Şurasına növbədənkənar seçkilər elan etməlidir”, - deyə nəşr bildirib.
Nəşr “Respublika” partiyasının üzvü Ani Xaçatryanla əlaqə saxlayıb, onların mövqeyinin nə olduğunu və Artak Zeynalyanın namizədliyini irəli sürüb-sürməyəcəklərini öyrənmək istəyib.
“Belə bir vəziyyətdə partiyamız ən azı növbəti həftə üçün heç bir açıqlama verə bilməz, çünki bu barədə heç bir müzakirəmiz yoxdur. Oktyabrın 10-u gələndə ondan 1-2 gün əvvəl siyasi şuranın iclasını keçirəcəyik, qərar verəcəyik”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az