Bir tərəfdə Quqark qırğını, deportasiya, digər tərəfdə pulsuz benzin, qida təminatı – BAXIŞ BUCAĞI

2023/09/0af2b-1695734551.jpg
Oxunub: 13487     20:32     26 Sentyabr 2023    
İrəvanda belə bir fikir var ki, Qarabağda erməni olmasa, Azərbaycanın gündəmə gətirdiyi Qərbi Azərbaycanlıların öz yurdlarına qayıtması mövzusu qapanacaq. Bu məsələnin gündəmdə olması barədə ilk siqnal may ayında, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda görünməmiş formatda dördgünlük danışıqları başlayanda məlum olub.

Görüşün ilk günündə ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşavir vəzifəsinə Luis L. Bono mətbuata bildirib ki, hər iki ölkədə etnik azlıqların hüquqlarının müdafiəsi məsələsi müzakirə olunan məsələlər sırasındadır. Daha sonra Rusiya XİN rəhbərinin vasitəçiliyi ilə iyul ayında Moskvada keçirilən görüşdə verilən açıqlamada məsələ daha açıq mətnlə qeyd edildi. Bu baxımdan, Ermənistanda belə bir yanlış təfəkkür var ki, bu məsələnin Azərbaycan üçün gündəmə gətirilməsinin əsası Qarabağdır, Qarabağda yaşayan ermənilərdir və bölgədə erməni qalmasa, Azərbaycan da Qərbi Azərbaycanlıların qayıdışı məsələsini qaldırmaqdan məhrum olacaq.

Təbii ki, Ermənistan vəziyyəti "məcburi köçkün" prizmasından təqdim edərək, "qarşılıqlı həll" kimi gündəm yaratmağa çalışır. Lakin rəsmi İrəvan da yaxşı bilir ki, heç də bölgədəki bütün ermənilər Ermənistanda yaşamaq arzusunda deyil və artıq onların bir hissəsi Bakını görmək arzusunda olduqlarını ifadə ediblər. Habelə Ermənistan da yaxşı dərk edir ki, Qarabağı tərk edən ermənilər bölgəni könüllü olaraq tərk edirlər. Bu məsələ ilə deportasiyaya məruz qalmış Azərbaycanlıların məsələsini bir ölçüyə qoymaq olmaz və doğru deyil. Azərbaycan bütün hallarda bölgədə yaşayan ermənilərə vətəndaşlıqla bağlı çağırışlar edib və edir. Azərbaycan məsələləri nəyin bahasına olursa-olsun həll etmək məqsədi güdmədən, problemin miqyasını ölçüb-biçməklə, müşahidə etməklə məsələləri gündəmə gətirir. Rəsmi Bakı məsələləri geniş, geosiyasi ölçülərdə irəli sürməklə gündəmə gətirir. Odur ki, Qarabağda heç bir erməni olmasa da, Qərbi Azərbaycanlıların qayıdış məsələsinin olmayacağını düşünmək, ən azı, özünü aldatmaqdır.

Müvafiq olaraq, burada Azərbaycanın arqumenti Qərbi Azərbaycanlıların Ermənistandan deportasiya edilməsi faktı üzərində qurulmalıdır. Çünki bir daha qeyd edək ki, Azərbaycanlılar öz yurdlarından zorla deportasiya ediliblər, lakin Qarabağdan bugünkü köç könüllülük formasında davam edir. Azərbaycandakı ermənilər heç bir zorakı təzyiqə məruz qalmayıb, güc tətbiq etmək təhlükəsi və ya riski ilə qarşılaşmayıblar. Hətta Ermənistana getmək istəyən sakinlər pulsuz benzin və qida ilə təmin olunublar. Bu baxımdan, hazırda ermənilərin könüllü olaraq bölgəni tərk etməsi, Quqarkda qırğına məruz qalaraq deportasiya edilmiş Azərbaycanlılarla müqayisə edilə bilməz.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quqark-qırğını   Deportasiya  


Bizi "telegram"da izləyin