İrəvanın Qarabağda erməni silahlı birləşmələrinin olduğunu inkar etməsi vəziyyəti daha da qızışdırdı - Rusiya XİN

2023/05/1685453268.jpg
Oxunub: 23265     19:34     25 Sentyabr 2023    
İrəvanın Qarabağda erməni silahlı birləşmələrinin olduğunu inkar etməsi vəziyyəti daha da qızışdırdı.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Qeyd olunub ki, Ermənistan hökumətinin qeyri-uzaqgörən siyasəti səbəbindən ölkənin təhlükəsizliyi sahəsində bir sıra razılaşmaların həyata keçirilməsi mümkün olmayıb.

Bəyanatda bildirilib ki, 10 noyabr 2020-ci il tarixindən sonra rəsmi İrəvanın Qarabağda erməni silahlı birləşmələrinin olduğunu israrla təkzib etməsi vəziyyəti daha da qızışdırıb və sentyabrda vəziyyətin kəskinləşməsinin əsas səbəbi məhz bu oldu.

"Rus sülhməramlı kontingentinin vasitəçiliyi ilə sentyabrın 20-də Ermənistan silahlı bölmələrinin qalıqlarının Qarabağdan çıxarılması barədə əldə olunan razılaşma real mənzərəni aşkarladı və vəziyyətin davamlı sabitləşməsi üçün ilkin şəraiti yaratdı", - Rusiya Xİ-in bəyanatında deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN  


Bizi "telegram"da izləyin