Erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya səfərləri təşkil edilə bilər

2023/09/b04cc-1695649911.jpg
Oxunub: 27090     17:47     25 Sentyabr 2023    
Erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya səfərləri təşkil edilə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşün nəticələrinə dair məlumatında qeyd edilib.

Bildirilib ki, Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməniəsilli-vətəndaş-cəmiyyəti   Bakı  


Bizi "telegram"da izləyin