Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni sakinlərinin nümayəndələri ilə keçirilmiş növbəti görüşün yekunlarına dair məlumatında bildirilib.
Qeyd olunub ki, bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş erməni əsilli yaşlı sakinlərə ilkin tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanılırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması, onların ailə üzvlərinə və ya müvafiq tibb müəssisələrinə təhvil verilməsi təklif edilib.
Ordu.az