Ordu.az xəbər verir ki, bunu erməni politoloq Lilit Dallakyan deyib.
Dallakyanın sözlərinə görə, əgər müttəfiq Rusiya Federasiyasıdırsa, o zaman hesab etmək lazımdır ki, Ermənistanın müttəfiqi yoxdur.
“İnsanlarımızın nəticələri olmalıdır. Ermənistan çətin geosiyasi vəziyyətə düşüb, beynəlxalq arenada təkdir. Ermənistan təkcə xarici vektorunu dəyişməməli, həm də aydın xarici siyasət aparmalıdır”, - deyə o qeyd edib.
Erməni politoloq müxalifətin nümayişlərinə toxunaraq bildirib: “Müxalifət hakimiyyət uğrunda mübarizə aparır, onların baxışı yoxdur. Onların heç bir baxışı yoxdur, namizədləri yoxdur. Müxalifət uğur qazana bilməyəcək. Xalq çıxış yolu görmür. Üçüncü yeni qüvvənin formalaşmasına ehtiyac var. Bu gün ölkəmizdə bir nəfər hakimiyyətdədir, mən onu qınamıram. Komanda yoxdur”.
Alpər Mövludoğlu
Ordu.az