Ermənistanın baş nazirinə qarşı sui-qəsddə ittiham olunan keçmiş mer saxlanılıb

2023/09/7d4a8-1695550992.jpg
Oxunub: 13351     14:17     24 Sentyabr 2023    
Ermənistanın baş nazir Nikol Paşinyana qarşı sui-qəsddə ittiham olunan “Erkrap” könüllü ittifaqının keçmiş sədr müavini, Albert Bazeyan saxlanılıb.

Ordu.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a müsahibəsində Bazeyanın vəkili Akop Cangiryan deyib.

Onun sözlərinə görə, hazırda İrəvanın keçmiş merinə qarşı cinayət işi açılmayıb. O, istintaqın hələ yekunlaşmadığını xatırladaraq müdafiə tərəfinin növbəti addımları barədə məlumat verməyib.

Bundan əvvəl erməni mətbuatında Bazeyanın sentyabrın 23-də Ermənistanın baş nazir Nikol Paşinyana qarşı sui-qəsd və ölkədə zorakılıqla hakimiyyət dəyişikliyinə hazırlaşdığı üçün polis bölməsinə aparıldığı barədə məlumat yayılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sui-qəsd  


Bizi "telegram"da izləyin