“Rusiyanın öz təhlükəsizliyinin təminatçısı olmadığı bəlli olduqdan sonra tez bir zamanda Ermənistan yerini dəyişə bilmədi” - Preobrajenski

2023/04/01811-1680590378.jpg
Oxunub: 302     12:19     24 Sentyabr 2023    
“Təəssüflər olsun ki, Rusiyanın öz təhlükəsizliyinin təminatçısı olmadığı bəlli olduqdan sonra tez bir zamanda Ermənistan yerini dəyişə bilmədi”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik İvan Preobrajenski deyib.

Analitikin sözlərinə görə, ABŞ üçün Ukraynaya kömək etmək strateji baxımdan daha vacibdir.

“Həm Aİ, həm də ABŞ məsələni diplomatik yolla həll etməyə çalışır. Rus gəmisindən qaçıb sahilə çatmaq imkanı təəssüf ki, çox kiçikdir. Rusiya münaqişənin tərəfi kimi və mahiyyətcə Azərbaycanın tərəfində çıxış edib”, - deyə o qeyd eidb.

Analitik həmçinin hesab edir ki, prezident seçkilərinə qədər ABŞ-də Ermənistanla bağlı heç bir strateji qərar verilməyəcək.

“ABŞ-də respublikaçı prezident seçilərsə, yəqin ki, Ermənistana dəstək şansları artacaq”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin