CSIS: Bu münaqişənin digər regional aspekti onun İranda qeyri-sabitliyə səbəb ola bilməsidir

2023/06/zenge-1685967225.jpg
Oxunub: 34391     14:43     24 Sentyabr 2023    
“Rusiyadan başqa, Qarabağ münaqişəsində iştirak edən əsas oyunçulardan biri də pantürk mədəni-linqvistik ortaqlıq və iqtisadi əlaqələr əsasında Azərbaycanı daim dəstəkləyən Türkiyədir”.

Ordu.az xəbər verir ki, bunu “Qarabağ münaqişəsinin yenidən başlanması. sətirlər arasında oxunma” məqaləsinin müəllifi Matyo Druan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) üçün yazıb.

Onun sözlərinə görə, 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyündə xüsusən “Bayraktar TB-2” Pilotsuz Uçuş Aparatı (PUA) sayəsində Türkiyənin yardımı həlledici rol oynayıb.

“Bundan əlavə, Bakı Ankaranın yaxın tərəfdaşları olan Pakistan və Qətərin dəstəyindən istifadə edir. Cənubi Qafqazda təsir imkanlarının genişləndirilməsi uğrunda rəqabətə baxmayaraq, Moskva və Ankara Qarabağ münaqişəsində Qərbin iştirakının mümkün qədər minimal və təmkinli olmasına üstünlük vermələri ilə razılaşırlar”, - deyə Druan qeyd edib.

Druan bildirib ki, hər iki oyunçu 1990-cı illərdə “Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün” yaradılmış, Fransa, Rusiya və ABŞ-nin sədrlik etdiyi ATƏT-in Minsk qrupundan yan keçməyə çalışıb.

“Bu münaqişənin digər regional aspekti onun İranda qeyri-sabitliyə səbəb ola bilməsidir, burada mühüm sayda azərbaycanlılar, 15-19 milyon (45 milyon-red.) azərbaycanlı yaşayır, Azərbaycanda isə onların sayı 10 milyondur. Tehran İran azərbaycanlılarını İranın tərkibində muxtariyyət əldə etməyə və ya Azərbaycana yaxınlaşmağa sövq edə biləcək mümkün nəticələrdən qaçmaq istəyir”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ   Türkiyə  


Bizi "telegram"da izləyin