AFP-dən Azərbaycan analizi: Ermənistanı bir gündə diz çökdürdülər

2023/09/58-1695543622.jpg
Oxunub: 12125     14:26     24 Sentyabr 2023    
Ermənistanın 24 saat ərzində şərtləri niyə qəbul etməsi maraq doğurdu. AFP bu mövzuda ekspertlərdən rəy aldığı analiz yazısı dərc edib.

Azərbaycanın Qarabağda erməni zülmünü dayandırmaq üçün başlatdığı antiterror tədbirləri 24 saatdan sonra erməni separatçıların silahlarını yerə qoyması və Bakının bütün tələblərini qəbul etməsi ilə başa çatıb.

Türkiyənin dəstəyi vacibdir

Şərq Dilləri və Sivilizasiyaları İnstitutundan Yan Radvanyi Bakının dəyişən qüvvələr balansından danışıb. “Bakı Türkiyə kimi müttəfiqlərin dəstəyi ilə silahlı qüvvələrini gücləndirdi və bununla da qüvvələr nisbəti dəyişdi”, - deyə Radvanyi bildirib.

Digər məqam isə Azərbaycanın Laçın yolunda atdığı addımlardır. Laçın yolunun başlanğıcında Azərbaycan Ermənistandan Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinə canlı qüvvə, sursat, mina və digər hərbi texnikanın daşınmasının qarşısını almaq üçün aprelin 23-də sərhəd-buraxılış məntəqəsi yaradıb.

Bu vəziyyət Ermənistanda reaksiyalara səbəb olub və Azərbaycanın verdiyi bəyanatda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin bu məntəqədən Ermənistan və Azərbaycana şəffaf və müntəzəm keçidi üçün münasib şəraitin yaradılacağı, nəzarət mexanizminin Rusiya qüvvələri ilə razılaşdırılaraq həyata keçiriləcəyi bildirilib.

Digər səbəb isə Rusiya ilə Ermənistan arasında gərginliyin artmasıdır. 2020-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan üzünü Qərbə tərəf tutub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan  


Bizi "telegram"da izləyin