ABŞ HHQ “T-7 Red Hawk” təyyarələrinin birincisini təhvil aldığını açıqlayıb

2023/09/sdsda-1695538444.jpg
Oxunub: 288     12:50     24 Sentyabr 2023    
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) 5 ədəd “Boeing T-7A Red Hawk” təyyarəsindən birincisini təhvil aldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, ABŞ ordusu Kaliforniyadakı Edvards Hərbi Hava Qüvvələri bazasında qəbul edilən təyyarənin tezliklə uçuş sınaqlarına başlayacağını açıqlayıb.

ABŞ HHQ-də ən qabaqcıl təlim təyyarəsi hesab edilən T-7A-lar ABŞ HHQ-nin 60 ildən artıqdır ki, təlim təyyarəsi kimi istifadə etdiyi 400-dən çox “Northrop T-38 Talon” supersəs reaktiv təlim təyyarəsini əvəz edəcək.

Təyyarə ABŞ HHQ-nin Mühəndislik, İstehsalat və İnkişaf (EMD) proqramı çərçivəsində keyfiyyət yoxlanışından və uçuş sınaqlarından keçəcək.

ABŞ ordusu 2018-ci ildə “Boeing” ilə 9,2 milyard dollarlıq T-7A proqramı müqaviləsi imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   T-7   Red-Hawk  


Bizi "telegram"da izləyin