Ordu.az xəbər verir ki, müqavilə imzalanan 4 şirkət “Oshkosh Defense”, “Textron Systems”, “General Dynamics” ve “McQ” şirkətləridir.
Məlumata görə, hər bir şirkət tərəfindən istehsal olunacaq iki prototip 2024-cü ildə hərəkətlilik sınaqları və əsgər təmas nöqtələri üçün orduya təhvil veriləcək.
Bu mərhələdən sonra tək təchizatçı ikinci mərhələyə keçəcək, sistemin dizaynını tamamlayacaq və istehsal üçün ABŞ ordusu ilə müqavilə imzalayacaq.
ABŞ ordusunun RCV proqramının məqsədi inkişaf edən təhlükələrə qarşı inkişaf etmiş sürət, məsafə və ölümcüllük təklif edən ən müasir vasitə ilə təchiz etməkdir.
Ordunun elan etdiyi standartlara görə, yeni vasitənin helikopterlərdə daşınması üçün çəkisi 10 tondan az olmalıdır və vasitə tank əleyhinə raketlər, geri təpəməsiz tüfənglər kimi öldürücü sistemlərlə təchiz olunmalıdır.
Ordu daha əvvəl prototip yarışması üçün təxminən 700 milyon dollar xərcləməyi planlaşdırdığını bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az