Nüvə təhlükəsi artır: Peyk görüntüləri Çin, ABŞ və Rusiyanın artan nüvə fəaliyyətlərini ortaya qoyur

2023/09/plane-1695538024.jpg
Oxunub: 207     11:54     24 Sentyabr 2023    
Peyk görüntüləri Çin, ABŞ və Rusiyanın nüvə fəaliyyətlərinin artdığını üzə çıxarıb.

Ordu.az xəbər verir ki, ABŞ-nin aparıcı media qurumlarından biri olan CNN Midlberi Beynəlxalq Araşdırmalar İnstitutundan çəkilmiş görüntülərə görə hər üç ölkənin nüvə obyektlərini genişləndirdiyini yazıb.

Xəbərdə Rusiyanın Şimal Buzlu okeanında yerləşən Novaya Zemliya arxipelaqındakı nüvə sınaq poliqonunda 2021-2023-cü illərdə tikinti işlərinin artdığı bildirilib.

Qeyd olunur ki, qurğu ilboyu fəal işləyir, limana yanaşan gəmilər mütəmadi olaraq yeni konteynerlər gətirir, bölgədə yeni tunellər qazılır.

CNN bildirib ki, Kreml obyektdəki işlərlə bağlı şərh sorğusuna cavab verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   Rusiya   Nüvə  


Bizi "telegram"da izləyin