Haluk Görgün: “Dünyada hərbi gəmini milli səviyyədə dizayn edə, inşa edə, təchiz edə və idarə edə bilən azsaylı ölkələr sırasındayıq”

2023/09/3636-1695536833.jpg
Oxunub: 14762     10:45     24 Sentyabr 2023    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün “Pendik” Gəmiqayırma Zavodu Komandanlığında Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) ADKG Layihəsinin 1-ci gəmisi “Akhisar” və 2-ci gəmisi “Koçhisar”ın suya buraxılma mərasimində və Pakistan “Milgem” Layihəsinin 1-ci gəmisi PNS “Babur”un təhvil verilmə mərasimində çıxış edib.

Ordu.az xəbər verir ki, Haluk Görgün sədr olaraq əsas məqsədlərinin təhlükəsizlik qüvvələrinin ehtiyac duyduğu sistemləri maksimum yerli və milli imkanlarla təmin etmək olduğunu söyləyib.

Görgün Türkiyə MSK tərəfindən həyata keçirilən layihələr nəticəsində bir çox platformanın mavi vətəndə xidmət etdiyini və bayrağı dalğalandırdığını bildirib.

“Xüsusən dəniz platformaları ilə bağlı “Vətənin təhlükəsizliyi mavi vətənin müdafiəsindən asılıdır” devizini rəhbər tutaraq, bu sahədə dünyanın qabaqcıl ölkələrindən birinə çevrilmişik. Biz hava, quru və dəniz platfomaları ilə özümüzün olduğu kimi, dost və müttəfiq ölkələrin də ehtiyaclarını ödəyən bir ölkəyə çevrilmişik. Hal-hazırda dünyada hərbi gəmini milli səviyyədə dizayn edə, inşa edə, təchiz edə və idarə edə bilən azsaylı ölkələr sırasındayıq. Hazırda Pilotsuz Uçuş Aparatı (PUA), zərbə tipli PUA və kamikadze tipli PUA istehsalında dünyada ilk 3-4 ölkə arasındayıq”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK  


Bizi "telegram"da izləyin