BƏƏ İrandan Fars körfəzindəki adalarının işğalına son qoymasını tələb edib

2023/09/1695530088.jpg
Oxunub: 32778     06:57     24 Sentyabr 2023    
Birləşmiş Ərəb Əmirlikləri İrandan Fars körfəzindəki Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarının işğalına son qoymasını tələb edir.

Ordu.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu BMT Baş Assambleyasının 78-ci sessiyasında ümumi siyasi debatda çıxışı zamanı BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim bint İbrahim əl-Haşimi deyib.

"Bu tribunadan BƏƏ bir daha İrandan əmirliyin 3 adası Böyük Tomb, Kiçik Tomb və Əbu Musanın işğalına son qoymasını tələb edir. Bu problem nə qədər davam etsə də, bu adalara olan qanuni hüququmuz mövcud olmağa davam edəcək və zaman bizim onların üzərindəki suverenliyimizi ləğv etməyəcək”, - o deyib.

BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri qeyd edib ki, Əbu-Dabi bu problemi ya Tehranla birbaşa danışıqlar, ya da Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə həll edəcək.

Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adaları Fars körfəzinin strateji əhəmiyyətli bölgəsində yerləşir. Onların mülkiyyəti BƏƏ və İran tərəfindən mübahisəlidir. İyulun 17-də İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Çafi qeyd edib ki, Tehran bu adaları öz ərazisi hesab etdiyi üçün onların statusunu müzakirə etmək niyyətində deyil. Avqustun əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) tərkibində dəniz qüvvələri mübahisəli adalar ərazisində təlimlər keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   İran   Fars  


Bizi "telegram"da izləyin