Rusiya sülhməramlı qüvvələri Qarabağa növbəti humanitar yardımı çatdırıb

2023/09/1695531484.jpg
Oxunub: 28931     01:00     24 Sentyabr 2023    
Rusiya sülhməramlı qüvvələri Gorus-Xankəndi yolu ilə növbəti humanitar yardımı çatdırıb.

Ordu.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Məlumata əsasən, ümumi çəkisi 150 tona yaxın olan humanitar yardım çərçivəsində un, yağ, maya, uşaq qidaları və digər məhsullar çatdırılıb.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Qarabağ bölgəsinə, Laçın yolundan istifadə etməklə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəsilə 65 ton un və çörək bişirmək üçün zəruri məhsullar çatdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-sülhməramlı   Qarabağ   Humanitar-yardım  


Bizi "telegram"da izləyin