Ermənistan ABŞ-Rusiya qarşıdumasından Hindistan vasitəsilə çıxmağa çalışır? – BAXIŞ BUCAĞI

2022/02/5555-1644996583.jpg
Oxunub: 27828     17:56     23 Sentyabr 2023    
"Biz hesab edirik ki, Ermənistanın Rusiya ilə bağlı dönüşü barədə danışmaq hələ tezdir, lakin bizim məqsədimiz Ermənistana lazımi yardım göstərməklə bu dönüşü təmin etməkdir".

Bu barədə Senatda dinləmələr zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim senatorların suallarını cavablandırarkən danışıb. Aydındır ki, bölgülər və bölünmələr getdikcə artır. Moskvada Xarici İşlər Nazirliyi ABŞ səfiri Lin Treysini də dəvət edib, Amerika səfirliyinin iki əməkdaşını persona non-qrata elan edərək sərt diplomatik nota verib. Sünilik və ya imitasiya, başqa gizli taktiki hesablamaların olub-olmaması məsələnin bir tərəfidir.

Ermənistanın əsas problemi sərt diplomatik toqquşmalardan daha çox bu təmasların təsiri altında qalmaqdır. İstənilən halda Rusiya-ABŞ münasibətlərinin həmin tərəfi müxtəlif ölçülərdə və regionlarda cərəyan edən qarşıdurma tərəfi ilə müqayisədə xüsusi çəki baxımından çox kiçik olsa belə, Ermənistan üçün böyük təsirlərə səbəb olur. Üstəlik, vəziyyəti təkcə Rusiya-ABŞ münasibətləri çərçivəsində deyil, ondan kənarda İran, Türkiyə, Çin, hətta öz növbəsində Qafqaz istiqamətində fəallıq göstərən Hindistan çərçivəsində də nəzərdən keçirməliyik.

Və Ermənistan burada Hindistan qismində mühüm dəstəkçi qazanmağa çalışır. Çünki Dehli mahiyyət etibarı ilə öz siyasətini balanssızlıq, qarşıdurma üzərində oynamaqdansa, Rusiya və ABŞ arasında balansı tapmaq məntiqi üzərində qurmağa çalışan oyunçudur. Digər belə amil isə Türkiyə ola bilər...

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin