İranda güneyli fəalların sıxışdırılması davam edir - FOTO

2023/09/1695410998.jpg
Oxunub: 216     23:28     22 Sentyabr 2023    
Güney azərbaycanlı milli fəallar Yunis Quluzadə və İbrahim Asimani Təbriz şəhər Prokurorluğunun 15-ci şöbəsinə çağırılıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, məhkəmənin elektron sistemi vasitəsilə göndərilən çağırışda milli fəallardan sentyabrın 27-də Təbrizin İnqilab Prokurorluğunda olmaları tələb edilib.

Fəallara qarşı “vəzifə səlahiyyətlərini yerinə yetirən polis əməkdaşlarına tabe olmamaq və ictimai asayişi pozmaq” ittihamları irəli sürülüb.

Qeyd edək ki, son günlər saxlanılan fəallardan məlumat alınmaması ilə bağlı bir sıra xəbərlər yayılıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Zorakılıq  


Bizi "telegram"da izləyin