Ceyhun Bayramov BMT Baş Katibinin müavini ilə görüşüb

2023/09/1695408376.jpg
Oxunub: 205     22:42     22 Sentyabr 2023    
“BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Katibinin müavini və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosla görüş keçirib”.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə bildirib.

“BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Katibinin müavini və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosla görüş keçirib. Görüş zamanı birgə təşəbbüslər, layihələr, Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında gələcək əməkdaşlıq, regiondakı vəziyyət müzakirə olunub”, - paylaşımda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   BMT  


Bizi "telegram"da izləyin