Bolqarıstanda helikopter qəzaya uğrayıb

2023/09/1695407438.jpg
Oxunub: 221     22:13     22 Sentyabr 2023    
Bolqarıstanın Plovdiv şəhəri yaxınlığında meşə sahələrinin kimyəvi reagentlərlə təmizlənməsi tapşırığını yerinə yetirən helikopter qəzaya uğrayıb.

Ordu.az BTV-yə istinadən xəbər verir ki, hava nəqliyyatı vasitəsini idarə edən pilot həlak olub.

Helikopter yerli vaxtla saat 08:00 radələrində (Bakı vaxtı ilə 09:00-da) meşə sahələrini dərmanlamaq üçün havaya qalxsa da, Plovdiv bölgəsində yerləşən bazaya qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolqarıstan   Qəza   HHQ  


Bizi "telegram"da izləyin