Ordu.az erməni mətbuatına istinadən xəbər verir ki, nümayişçilər Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
Səhər saatlarından etibarən Ermənistanın paytaxtında müxtəlif küçələr bağlanılıb və mitinqlər təşkil olunub, hazırda isə minlərlə insan Respublika meydanına toplaşıb.
Nümayiş keçirilən əraziyə çox sayda polis cəlb olunub, hökumət binası mühasirəyə alınıb.
Qeyd edək ki, bu gün ərazində polisə itaətsizlik səbəbindən 98 nəfər saxlanılıb.
Ordu.az