Nazir: "Özbəkistan və Qazaxıstanın Füzulidə reallaşdırdığı layihələr dövlətlərimiz arasında dostluq rəmzinə çevrilib"

2022/04/626be-1651240937.jpg
Oxunub: 156     19:31     22 Sentyabr 2023    
Özbəkistan və Qazaxıstan tərəfindən Azərbaycanın işğaldan azad edimiş Füzuli rayonunda reallaşdırılan və reallaşdırılmaqda olan layihələr dövlətlərimiz arasında dostluq rəmzinə çevrilib.

Ordu.az xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov bu barədə Nyu-Yorkdakı Türk Evində Türk Dövlətləri Təşkilatının (TDT) XİN başçılarının qeyri-rəsmi iclasında danışıb.

O çıxışı zamanı 2023-cü il noyabrın 3-də Qazaxıstanda keçiriləcək TDT Dövlət Başçılarının 10-cu Zirvə Görüşünün ən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.

Üzv dövlətlər tərəfindən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, həmçinin Türk İnvestisiya Fondu kimi Türk Dövlətləri Təşkilatının tabeliyində olan və əlaqəli qurumların fəaliyyətinə xüsusi önəm verildiyi diqqətə çatdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov  


Bizi "telegram"da izləyin