XİN başçısı: "Zəngəzur dəhlizi yeni nəqliyyat qovşağının açılması baxımından həlledici rol oynayacaq"

2023/09/1695397032.jpg
Oxunub: 159     19:22     22 Sentyabr 2023    
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Orta Dəhliz boyu yeni nəqliyyat qovşağının açılması baxımından həlledici rol oynayacağını bildirib.

Ordu.az xəbər verir ki, Ceyhun Bayramov bu barədə Nyu-Yorkdakı Türk Evində Türk Dövlətləri Təşkilatının (TDT) XİN başçılarının qeyri-rəsmi iclasında danışıb.

O, regionun nəqliyyat-tranzit potensialının tam şəkildə reallaşdırılmasının, ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində birgə səmərəli tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin