Ordu.az xəbər verir ki, bu barədə növbəti il üçün nəzərdə tutulan büdcə təklifi ilə tanış olan "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, növbəti il üçün nəzərdə tutulan büdcə təklifinə əsasən, 2024-cü ildə Rusiya ÜDM-nin 6 %-ni müdafiəyə xərcləməyi planlaşdırır.
Beləliklə, gələn il müdafiə xərcləri sosial xərcləri üstələyəcək. Bu il büdcədə müdafiə xərclərinin payı 3,9 % təşkil edir.
"Bloomberg"in məlumatına görə, Ukraynadakı müharibənin xərclərini gizlətmək üçün Kreml açıqlanmayan xərclərin həcmini demək olar ki, iki dəfə artırmağı planlaşdırır.
Ordu.az