ISESCO-nun sabiq Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

2023/09/1695395464.jpg
Oxunub: 169     18:24     22 Sentyabr 2023    
ISESCO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveycri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Ordu.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri!

Qarabağda həyata keçirilən tədbirlər nəticəsində terrorçu silahlı birləşmələrin təslim olması və tərk-silah edilməsi ilə əlaqədar Sizə təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu yeni qələbə regionda sülh və sabitliyin bərqərar olunması baxımından mühüm addımdır.

Uca Allaha Sizi və Azərbaycan xalqını qoruması üçün dua edirəm.

Zati-aliləri, Sizə olan dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ISESCO   Azərbaycan  


Bizi "telegram"da izləyin