Yaşar Gülər Türkiyənin Suriyadan çıxması üçün şərtləri açıqlayıb

2023/08/1691841105.jpg
Oxunub: 280     17:36     22 Sentyabr 2023    
“Bizim kimsənin torpağında gözümüz yoxdur. Prezidentimiz də bunu deyib”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milliyət”ə müsahibəsində deyib.

O söyləyib ki, Türkiyənin kimsənin torpağına ehtiyacı da yoxdur: “Bunu konkret formada deyirik. Biz təhlükəsiz şərait formalaşmadan Suriyanı necə tərk edə bilərik?”.

Nazir bildirib ki, “Zeytun budağı”, “Fırat qalxanı” kimi əməliyyatların məqsədi Türkiyə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması idi: “İndi bəzilərinin bizim Suriyadan çıxmağımızı tələb etməyi ilə biz ərazini tərk etməyəcəyik. Əvvəlcə lazımi şərait yaradılmalıdır. Konstitusiya qəbul olunmalı, seçkilər keçirilməlidir. Hökumət qurulmalıdır. Bundan sonra məmnuniyyətlə Suriyadan çıxacağıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaşar-Gülər  


Bizi "telegram"da izləyin