Ordu.az-ın xəbərinə görə, Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi ilə bağlanmış müqavilə çərçivəsində ASBOT üçün ilk çatdırılmanın icra olunduğu qeyd edilib.
Təhlükəsizliyə və asayiş fəaliyyətlərinə töhfə vermək üçün dizayn və istehsal edilən ASBOT yüksək dənizçilik qabiliyyətinə malik olan və yeni nəsil dizaynı sayəsində üstün manevr qabiliyyəti ilə çətin missiyalarda yüksək müvəffəqiyyət qazanan köməkçi patrul gəmisidir.
ASBOT yüksək uğuru ilə yanaşı, sərfəli layihə olmaqla analoqları arasında seçilir.
Sevinc Əliyeva
Ordu.az