Erməni ictimai xadim: “Xain” deyənlər Ermənistanın suverenliyinə qarşı çıxan xainlərdir”

2023/09/maxre-1695372035.jpg
Oxunub: 401     17:58     22 Sentyabr 2023    
“Müstəqillik əldə etdikdən sonra biz suverenlik məsələsini əhəmiyyətsiz etdik”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim, mədəniyyət antropoloqu Ağasi Tadevosyan deyib.

Tadevosyanın sözlərinə görə, erməni cəmiyyəti elə bir vəziyyətdədir ki, əvvəl buraxılmış səhvə məna vermək istəyir.

“Qarabağ məsələsini manipulyasiya edən istənilən qrup hakimiyyətə gəlirdi. Ermənistanda keçmiş hakimiyyət nümayəndələrinin quldarcasına yanaşmasını davam etdirməyən, onu şübhə altına almağa çalışan və hücuma məruz qalan bir hökumət peyda olub. Paşinyan rusiyapərəst deyil, rusiyapərəst olsaydı, Ermənistan və Paşinyana qarşı total Rusiya təbliğatı olmazdı. “Xain” deyənlər Ermənistanın suverenliyinə qarşı çıxan xainlərdir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tadevosyan  


Bizi "telegram"da izləyin