Ordu.az xəbər verir ki, bunu Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri, erməni hüquq müdafiəçisi Artur Sakunts bildirib.
Onun sözlərinə görə, müstəmləkəçilik pəncəsində Ermənistanın mövcudluğu təhlükə altındadır.
“Ermənistanda Rusiya müqaviləsinin ləğvi və onun Ermənistandan çıxarılması. Aqressiv azlıq küçədə sahiblərinin sifarişini yerinə yetirməyə çalışır. Hakimiyyətdən məhrum edilmiş kremlpərəst qüvvələrə necə etibar etmək olar? Hakimiyyət İrəvan küçələrində təcili tədbirlər görməyə borcludur. Küçədəki aqressiv azlıq Ermənistanın varlığına təhlükə yaradır”, - deyə Sakunts bildirib.
Alpər Mövludoğlu
Ordu.az