Erməni deputat: “Hazırda döyüş meydanında çoxlu sayda erməni hərbi qulluqçuların çıxarılmayan cəsədləri var”

2021/02/546-1614332457.jpg
Oxunub: 35393     11:41     22 Sentyabr 2023    
“Təsadüfi deyil ki, Azərbaycan Yevlaxdakı görüş üçün xüsusi gün seçib. Planlaşdırılan əməliyyat elə planlaşdırılıb ki, sentyabrın 21-də başa çatdırılsın və bu danışıqlar məhz həmin gün baş tutsun”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan “Yerablur” panteonunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə danışıqlar bir neçə səviyyədə baş tutacaq və təkcə Yevlaxda olmayacaq.

“Bu vəziyyətdə bir tərəfdən nələrin olacağı ilə bağlı hər şeyin bəlli olduğu görünür, digər tərəfdən nəyin baş verəcəyini təfərrüatlı şəkildə dəqiqləşdirmək problemi var. Hazırda döyüş meydanında çoxlu sayda erməni hərbi qulluqçuların çıxarılmayan cəsədləri var. Yəni həmin danışıqlarda Qarabağın gələcəyi ilə bağlı müəyyən dəqiqləşdirmələr müzakirə olunacaq. Hansı yolun seçiləcəyi hələ mənə aydın deyil”, - deyə Abrahamyan qeyd edib.

Erməni deputat qeyd edib ki, Qarabağdakı mürəkkəb vəziyyətlər avtomatik olaraq Ermənistana keçəcək.

“Qarabağda baş verənlər Ermənistanın təhlükəsizlik və müdafiə sisteminə təsəvvür ediləndən daha ağır təsir göstərir. Azərbaycanın tələbləri sülh prosesi çərçivəsində yerinə yetirilməsə, o zaman Azərbaycan müttəfiqlərinin dəstəyi ilə buna güc yolu ilə nail olmağa hazır olacaq. Başqa sözlə, onlar müharibəni Ermənistan ərazisinə köçürməyə hazırdırlar”, - deyə Abrahamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Yevlax  


Bizi "telegram"da izləyin