Ordu.az xəbər verir ki, yeni Baş direktorun sabah TSQGV-də keçiriləcək idarə heyətinin toplantısından sonra açıqlanacağı gözlənilir.
ASELSAN, TUSAŞ, ROKETSAN və HAVELSAN kimi müdafiə sənayesi və texnologiya ekosisteminin əhəmiyyətli şirkətlərini özündə birləşdirən Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfi Bilal Topçunun təyinatı ilə yeni uğurlara imza atmağı hədəfləyir.
Bilal Topçu kimdir?
1981-ci ildə Üsküdarda anadan olub. 1999-cu ildə Sakarya Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub. 2001-ci ilin yayında “Work & Travel” proqramı ilə ABŞ-yə gedib. Burada işlədiyi şirkətlə əlaqələrini qoruyub və 2003-cü ildə universiteti bitirdikdən dərhal sonra təcrübəçi kimi ABŞ-yə qayıdıb.
“Buffalo NY”, “Washington DC”, “Minneapolis MN” və “Dallas TX”də regional menecer vəzifəsində çalışıb. 2005-ci ildə evlənib və sonra “Houston TX”də şirkətin baş qərargahında idxal və topdansatış meneceri vəzifəsində çalışıb.
1 qızı və 1 oğlu var.
Sevinc Əliyeva
Ordu.az